Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakıda məşhur “Grandmart” marketlər şəbəkəsinin mağazalarından biri qarət edilib. “Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi xəbərə görə, Nizami rayonunun Bəhruz Nuriyev küçəsində yerləşən mağazadakı kassadan 65 min manat pul aparıblar.
Hadisə vaxtı mağazada gözətçi olmayıb.
Kamera görüntülərinə əsasən, qarətçilər maskalı olub.
Kassadan aparılan pulun mağazanın bir günlük satış həcmi olduğu bildirilir.