Bakıda məsciddən oğurluq edilib

Bakıda məsciddən oğurluq edilib İbadətlə məşğul olan şəxslərin mobil telefonları oğurlanıb
Hadisə
3 Sentyabr , 2014 13:50
Bakıda məsciddən oğurluq edilib
Bakı. 3 sentyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonu ərazisində yerləşən məsciddən oğurluq edilib. Bu barədə Report-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Hadisə zamanı məsciddə ibadət edən Bakı şəhər sakinləri Tural Maqusova və Bəhruz Tağıyevə məxsus mobil telefonlar naməlum şəxs tərəfindən oğurlanıb. Suraxanı rayon Polis İdarəsi və 32-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məsciddə oğurluq edən  Əzizağa Məmmədəminzadə tutularaq istintaqa təqdim edilib. O ifadəsi zamanı etdiyi cinayəti etiraf edib. Faktla bağlı Ə.Məmmədəminzadə barəsində cinayət işi başlanılıb, istintaq davam edir.

Son xəbərlər

Orphus sistemi