Bakıda məhkuma çörəyin içərisində telefon ötürülməsinin qarşısı alınıb - FOTO

Bakıda məhkuma çörəyin içərisində telefon ötürülməsinin qarşısı alınıb - FOTO Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsində baş verib
Hadisə
11 Sentyabr , 2014 11:53
Bakıda məhkuma çörəyin içərisində telefon ötürülməsinin qarşısı alınıb - FOTO

Bakı.11 sentyabr. REPORT.AZ/ Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində Bakıdakı 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkuma mobil telefon ötürülməsinin qarşısı alınıb. Bu barədə Report-a Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, Cinayət Məcəlləsinin 32.4 (ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə təhrik etmə), 317-1.1 ( cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi) maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Sənan İman oğlu Cabbarovun yanına qısamüddətli görüşə gələn xalası oğlu, Tərtər şəhər sakini Orxan Elxan oğlu Dadaşlının görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman O.Dadaşlının gətirdiyi 2 ədəd çörəyin içərisində gizlədilən 1 ədəd “Samsung” markalı və 1 ədəd “Nokia” markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi