Bakıda mağazadan oğurluq etmiş şəxslər tutulub

Bakıda mağazadan oğurluq etmiş şəxslər tutulub Onlar pəncərənin qıfılını sındırmaq yolu ilə ərzaq və sənaye malları oğurlayıb
Hadisə
14 Oktyabr , 2014 11:50
Bakıda mağazadan oğurluq etmiş şəxslər tutulub
Bakı. 14 oktyabr. REPORT.AZ/ Bakıda mağazadan oğurluq edilib. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Bakı şəhər sakini Cəfər Sadıqova məxsus K.Kərimov küçəsində yerləşən mağazanın anbarından, pəncərənin qıfılını sındırmaq yolu ilə ərzaq və sənaye malları oğurlanıb. Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Vüqar Atakişiyev və 1987-ci il təvəllüdlü Eltimas Qubanov tutulublar.

Son xəbərlər

Orphus sistemi