Bakıda külli miqdarda aksiz markası olmayan spirtli içki və tütün məmulatları aşkar edilib

Bakıda külli miqdarda aksiz markası olmayan spirtli içki və tütün məmulatları aşkar edilib 4236 ədəd spirtli içki və 420 ədəd tütün məmulatı müsadirə olunub
Hadisə
10 Sentyabr , 2014 15:35
Bakıda külli miqdarda aksiz markası olmayan spirtli içki və tütün məmulatları aşkar edilib
Bakı.10 sentyabr.REPORT.AZ/ Bakının Səbail rayonuna külli miqdarda aksiz markası olmayan spirtli içkilər və tütün məmulatları aşkar edilib. Report-un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin saytı məlumat yayıb. Səbail Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Dövran Allahverənova məxsus Abbaszadə küçəsində yerləşən qarajda aksiz markası olmayan 4236 ədəd spirtli içki və 420 ədəd tütün məmulatı müəyyən edilərək müsadirə olunub. Faktla bağlı Səbail RPİ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi