Bakıda həbsdən çıxan şəxs intiqam məqsədilə güllələnib - YENİLƏNİB

Bakıda həbsdən çıxan şəxs intiqam məqsədilə güllələnib - YENİLƏNİB Hazırda cinayəti törədən şəxsin tapılması istiqamətində axtarışlar davam etdirilir
Hadisə
4 Sentyabr , 2014 10:58
Bakıda həbsdən çıxan şəxs intiqam məqsədilə güllələnib - YENİLƏNİB

Bakı. 4 sentyabr. REPORT.AZ/ Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində baş verən silahlı insident nəticəsində yaralanmış Nəbiyev Şaban Məmməd oğlu ölüb. Report xəbər verir ki, həkimlərin səyinə baxmayaraq Ş.Nəbiyev səhərə yaxın dünyasını dəyişib.

Qeyd edək ki, Ş.Nəbiyevin 7 il əvvəl qətlə yetirdiyi Ələsgər Quliyevin yaxınları tərəfindən intiqam məqsədi ilə güllələndiyi ehtimal olunur.

***

ilk xəbər saat 10:11-də yayımlanıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində silahlı insident baş verib. Qaradağ rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, Dostluq küçəsi ev 2, mənzil 13-də yaşayan 1960-cı il təvəllüdlü Nəbiyev Şaban Məmməd oğlu yaşadığı ünvanın yaxınlığında güllələnib. Naməlum şəxs ona ov tüfəngi ilə bir neçə dəfə atəş açıb. Qarın və bud nahiyəsindən güllə yarası alan Şaban Nəbiyev ağır vəziyyətdə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hadisədən sonra Qaradağ RPİ və 38-ci polis bölməsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Zərərçəkən Şaban Nəbiyevin huşu özündə olmadığından onun izahatını almaq mümkün olmayıb. Araşdırma zamanı maraqlı məqamlar ortaya çıxıb. Belə ki, güllələnən şəxs iki ay bundan əvvəl həbsxanadan azadlığa buraxılıb. Şaban Nəbiyev 2007-ci il yanvar ayının 9-da Qaradağ rayonu ərazisində iki nəfəri güllələyib. Həmin hadisə zamanı Nəbiyev vətəndaş Ələsgər Quliyevi qətlə yetirib, İntiqam Babayevi isə yaraladıqdan sonra hadisə yerindən qaça bilib. Sonradan polislər Şaban Nəbiyevi hadisədə istifadə etdiyi tapança ilə birlikdə tutublar. Ötən gecə baş verən hadisənin də onun 7 il əvvəl qətlə yetirdiyi Ələsgər Quliyevin yaxınları tərəfindən intiqam məqsədi ilə törədildiyi ehtimal olunur. Hazırda cinayəti törədən şəxsin tapılması istiqamətində axtarışlar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi