Bakıda həbsdəki həyat yoldaşına qadağan olunmuş əşya ötürmək istəyən kişi saxlanılıb

Bakıda həbsdəki həyat yoldaşına qadağan olunmuş əşya ötürmək istəyən kişi saxlanılıb Fakt üzrə araşdırma aparılır
Hadisə
30 Oktyabr , 2014 19:26
Bakıda həbsdəki həyat yoldaşına qadağan olunmuş əşya ötürmək istəyən kişi saxlanılıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bakıda yerləşən 4 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) telefon keçirmək cəhdinin qarşısı alınıb. Bu barədə “Report”a Penitensiar Xidmətdən bildirilib. Belə ki, xidmət əməkdaşları tərəfindən 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 177.3.3; 178.3.3; 180.3.3; 66.3 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Zəhra Süleyman qızı Xasanovanın yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı, Yevlax şəhəri, Nizami küçəsi, ev 224 ünvanında yaşayan vətəndaş Surac Torun oğlu Məmmədovun görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman  S.Məmmədovun gödəkçəsinin sol cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aparatı və 1 ədəd “Cin” danışıq kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi