Bakıda daha bir qadın həbsdəki oğluna qadağan olunan əşya ötürmək istəyib

Bakıda daha bir qadın həbsdəki oğluna qadağan olunan əşya ötürmək istəyib Hadisə 12 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb
Hadisə
19 Sentyabr , 2014 11:00
Bakıda daha bir qadın həbsdəki oğluna qadağan olunan əşya ötürmək istəyib
Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakıdakı 12 saylı Cəzaçəkmə Müəssisəsinə (CÇM) qadağan olunan əşya ötürmək cəhdinin qarşısı alınıb. Bu barədə "Report"a Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Belə ki, PX əməkdaşları 12 saylı CM-də cəza çəkən, Cinayət Məcəlləsinin 289.2 (məhkəməyə hörmətsizlik etmə, eyni əməllər hakim və ya andlı iclasçılar barəsində törədildikdə) və 66.5 (cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi) maddələrinə əsasən azadlıqdan məhrum edilən məhkum Anar Oktay oğlu Alaverdiyevin yanına qısamüddətli görüşə gələn anası, Sumqayıt şəhərində yaşayan vətəndaş Səmayə Musa qızı Əhmədovanın üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman onun əl çantasından 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və  danışıq kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi