Bakıda bir həftə əvvəl qadına xəsarət yetirən naməlum şəxs tutulub

Bakıda bir həftə əvvəl qadına xəsarət yetirən naməlum şəxs tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Oktyabr , 2014 12:49
Bakıda bir həftə əvvəl qadına xəsarət yetirən naməlum şəxs tutulub
Bakı. 16 oktyabr. REPORT.AZ/ Bakıda bir həftə əvvəl qadına xəsarət yetirən naməlum şəxs tutulub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib.

Belə ki, oktyabrın 9-da A.Nemətulla küçəsində naməlum şəxs Ülkər Səfərovanı arxadan boğazından tutaraq əli ilə vurub, qulağından xəsarət yetirib. Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Beyləqan rayon sakini, 1994-cü il təvəllüdlü Ruzi Bayramov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi