Bakıda bağ evi yanıb, ev sahibi ölüb

Bakıda bağ evi yanıb, ev sahibi ölüb Hadisə zamanı mənzil 25 kvm. sahədə olan əşyalarla birgə yanıb
Hadisə
29 Sentyabr , 2014 15:35
Bakıda bağ evi yanıb, ev sahibi ölüb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda Novxanı bağlar sahəsində yaşayan Rafiq Əliyevin evində yanğın baş verib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Yanğının qarşısını almaq üçün hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Hadisə zamanı mənzil 25 kvm. sahədə olan əşyalarla birgə yanıb. 

Yanğın nəticəsində xəsarət alan ev sahibi R.Əliyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi