E.Həsənova Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.
Bakıda axtarışda olan qadın tutulub
Hadisə
26 Sentyabr , 2014
11:02
https://static.report.az/photo/5ec6a235-f92c-4984-84ba-4d8f255952db.jpg
Bakı. 26 sentyabr. REPORT.AZ/ Bakının Nizami rayonunda dələduzluqla məşğul olan qadın saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Elnarə Həsənova saxlanılıb.