Bakı sakininə xəsarət yetirmiş şəxs tutulub

Bakı sakininə xəsarət yetirmiş şəxs tutulub Faktla bağlı araşdırma aparılır
Hadisə
8 Oktyabr , 2014 13:41
Bakı sakininə xəsarət yetirmiş şəxs tutulub
Bakı. 8 oktyabr. REPORT.AZ/ Polis Bakı sakininə xəsarət yetirmiş şəxsi saxlayıb.

Bu barədə “Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir.

Belə ki, Binəqədi rayonu ərazisindən Bakı şəhər sakini Nazim Bağırov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Rəhim İbrahimov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi