Bakı sakininin evindən 40 min manat pul oğurlanıb

Bakı sakininin evindən 40 min manat pul oğurlanıb Oğurluqda şübhəli bilinən Mingəçevir şəhər sakini tutulub
Hadisə
8 Oktyabr , 2014 14:00
Bakı sakininin evindən 40 min manat pul oğurlanıb
Bakı. 8 oktyabr. REPORT.AZ/ Bakı sakini Saləddin Hüseynovun evindən külli miqdarda pul və qızıl əşyaları oğurlanıb. “Report”un Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Mingəçevir şəhər sakini Asif Murtuzov tutulub.

Qeyd edək ki, oktyabrın 5-də baş vermiş hadisə zamanı Saləddin Hüseynovun evindən 40000 manat və qızıl əşyaları oğurlanıb.

Son xəbərlər

Orphus sistemi