Bakı sakini dörd qohumunu bıçaqlayıb, onlardan biri ölüb

Bakı sakini dörd qohumunu bıçaqlayıb, onlardan biri ölüb 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nahid Qədəşov tutulub
Hadisə
26 Avqust , 2014 15:40
Bakı sakini dörd qohumunu bıçaqlayıb, onlardan biri ölüb
Bakı. 26 avqust. REPORT.AZ/ Bakıda ailə-məişət münaqişəsi zəminində qətl hadisəsi baş verib. Bu barədə Report-a Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində Tərlan Abdullayevin yaşadığı evə gəlmiş qohumu Nahid Qədəşov ailə-məişət münaqişəsi zəminində ona, onun arvadı Ülkərə, oğlu Rəhmana və öz qardaşı Cahidə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Ülkər orada ölüb. Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Qədəşov tutulub.

Son xəbərlər

Orphus sistemi