Bakı-Quba yolunda avtomobillə piyada qadını vuran şəxs ərazidən uzaqlaşıb

Bakı-Quba yolunda avtomobillə piyada qadını vuran şəxs ərazidən uzaqlaşıb Piyadanı vuran sürücü hadisədən sonra ərazidən yayınıb
Hadisə
12 Sentyabr , 2014 10:32
Bakı-Quba yolunda avtomobillə piyada qadını vuran şəxs ərazidən uzaqlaşıb
Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakı-Quba yolunun 12-ci kilometrliyində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polis İdarəsindən (BDYPİ) Report-a verilən məlumata görə Ekologiya postunun yaxınlığında yolu keçmək istəyən piyada 1988-ci il təvəllüdlü Quliyeva Leyla Samir qızını avtomobil vurub. Piyadanı vuran sürücü hadisədən sonra ərazidən uzaqlaşıb. L.Quliyeva isə ağır vəziyyətdə 1 Saylı Şəhər Klinik xəstəxanasına çatdırılıb.

Piyadanı vuran sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi