Bakının mərkəzindən oğurluq etmək istəyən şəxslər saxlanılıb

Bakının mərkəzindən oğurluq etmək istəyən şəxslər saxlanılıb Həmin şəxslər 39-cu Polis Bölməsinə təhvil verilib
Hadisə
26 Dekabr , 2015 14:48
Bakının mərkəzindən oğurluq etmək istəyən şəxslər saxlanılıb

Bakı. 26 dekabr. REPORT.AZ/ “Sahil” ticarət mərkəzindən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərən Bakı şəhər sakinləri saxlanılıb.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, dekabrın 25-də saat 03:24-də Səbail Rayon Mühafizə İdarəsinə “Sahil” ticarət mərkəzindən daxil olmuş həyəcan siqnalı yoxlanılarkən oradakı mağazalardan birindən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərən Bakı şəhər sakinləri Dmitriy Pronin və Samir Hüseynov saxlanılıb.

Həmin şəxslər 39-cu Polis Bölməsinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi