Bakı. 9 mart. REPORT.AZ/ Bakının mərkəzində kişi meyiti tapılıb. “Report” xəbər verir ki, martın 9-da saat 01 radələrində Nəsimi rayonu 28 May küçəsindəki 36 saylı binanın həyətində 55-60 yaşlarında üzərində zoraklıq əlamətləri olmayan naməlum kişi meyiti aşkar olunub. Meyit ekspertiza olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.