Bakının 7-ci mikrorayon massivində yanğın baş verib - YENİLƏNİB

Bakının 7-ci mikrorayon massivində yanğın baş verib - YENİLƏNİB Ev sahibinin həyat yoldaşı yanğınsöndürənlər tərəfindən xilas olunub
Hadisə
9 Avqust , 2015 03:30
Bakının 7-ci mikrorayon massivində yanğın baş verib - YENİLƏNİB

Bakı. 9 avqust. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) ötən axşam Binəqədi rayonunda baş verən yanğın hadisə ilə bağlı rəsmi məlumat yayıb.

“Report”un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 42 kv.m olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı ev sahibinin həyat yoldaşı yanğınsöndürənlər tərəfindən xilas olunub və aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

*** 23.26

Bakı. 8 avqust. REPORT.AZ/ Bakının 7-ci mikrorayon yaşayış massivində yanğın çıxıb.

"Report"un məlumatına görə, yanğın Süleyman Sani Axundov küçəsində yerləşən beş mərtəbəli binanın sonuncu mərtəbəsindəki mənzillərdən birində baş verib.

"Billur" kinoteatrının yanında yerləşən binada başlayan yanğını söndürmək üçün bölgəyə FHN-nin dörd yanğınsöndürmə briqadası cəlb olunub.

Hadisə yerinə Təcili Tibbi Yardım maşını da çağırılıb.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Son xəbərlər

Orphus sistemi