​Bakıdan Tümenə aparılan 33 kq. məhsul yandırılaraq məhv edilib

​Bakıdan Tümenə aparılan 33 kq. məhsul yandırılaraq məhv edilib İki sərnişin inzibati məsuliyyətə cəlb edilib
Hadisə
14 Noyabr , 2015 08:05
​Bakıdan Tümenə aparılan 33 kq. məhsul yandırılaraq məhv edilib

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakıdan "750" saylı aviareys ilə Tümenə (Rusiya) uçan iki sərnişinin əl yükü və baqajına baxış zamanı müvafiq fitosanitar sertifikatı olmayan 22 kq. düyü və 11 kq. təzə meyvə aşkar edilib.

"Report" xəbər verir ki, sərnişinlər "Bitki karantini haqqında" Federal Qanunu pozduqları üçün inzibati məsuliyyətə cəlb ediliblər.

Qanuna görə, karantin altında olan yüksək fitosanitar riskli məhsulların Rusiya ərazisinə gətirilməsi yalnız fitosanitar sertifikat olduqda mümkündür.

Lazımi sənədləri olmayan məhsullar Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin əməkdaşları tərəfindən "Roşino" hava limanında yandırılaraq məhv edilib. 

Son xəbərlər

Orphus sistemi