Bakı. 6 yanvar. REPORT.AZ/ Bakıda vətəndaşa məxsus telefonu oğurlayan şəxs iki həftə sonra tutulub. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən bildirilib.
Hadisə dekabrın 21-də gecə saatlarında Azadlıq prospektində yerləşən ticarət mərkəzində olub. Burada Kamran Mehrəliyə məxsus mobil telefon masanın üzərindən gizli şəraitdə oğurlanıb.
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Masallı rayon sakini, 1995-ci il təvəllüdlü Allahqulu Mehdiyev tutulub. Şübhəli şəxsin üzərindən 1,946 qram tiryək aşkar olunaraq götürülüb.