Bakıdakı “McDonalds”da müştərinin içərisində 1000 manat pul və telefon olan çantası oğurlanıb

Bakıdakı “McDonalds”da müştərinin içərisində 1000 manat pul və telefon olan çantası oğurlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
25 Oktyabr , 2016 11:14
Bakıdakı “McDonalds”da müştərinin içərisində 1000 manat pul və telefon olan çantası oğurlanıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bakıdakı “McDonalds” restoranlarından birində oğurluq olub.

“Report”un xəbərinə görə, məşhur şəbəkənin Nərimanov rayonunda yerləşən restoranında müştərinin çantası oğurlanıb.

Məlumata görə, Təhminə Əhmədova həmin restoranda müştəri qismində olarkən içərisində 1000 manat pul, şəxsi sənədlər və mobil telefon olan çantasının oğurlandığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi