​Bakıdakı göz klinikasında 5 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanılıb

​Bakıdakı göz klinikasında 5 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanılıb Hazırda istintaq davam etdirilir
Hadisə
22 Yanvar , 2016 09:37
​Bakıdakı göz klinikasında 5 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanılıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Bakının Nərimanov rayonunda yerləşən “Brizol” (“Briz-L”) göz klinikasında baş verən ölüm hadisəsi ilə bəzi təfərrüatlar məlum olub. “Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə yanvarın 19-da baş verib.

Həmin gün “Brizol” göz klinikasında “hər iki gözün daxili müştərək çəpliyi” diaqnozu ilə gətirilmiş 2010-cu il təvəllüdlü Yusif İbrahimovun üzərində həyata keçirilən “hər iki gözün daxili düz əzələsinin 5 mm resessiyası” cərrahi əməliyyatından sonra səhhətinin pisləşməsi və ona göstərilən tibbi yardımlara baxmayaraq, orada ölməsi barədə rayon hüquq mühafizə orqanlarına daxil olmuş məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb

Hazırda ölüm hadisəsi ilə bağlı istintaq davam etdirilir.

Qeyd edək ki, “Brizol”dan bəzi KİV-lərə verilən açıqlamada “klinikada bu cür hadisənin baş vermədiyi” bildirilib.

Son xəbərlər

Orphus sistemi