Bakıdakı avtomobil qəzaları zamanı 2 nəfər ölüb - FOTOLAR

Bakıdakı avtomobil qəzaları zamanı 2 nəfər ölüb - FOTOLAR Hər iki qəza ilə bağlı araşdırma aparılır
Hadisə
25 Dekabr , 2014 09:16
Bakıdakı avtomobil qəzaları zamanı 2 nəfər ölüb - FOTOLAR

Bakı. 25 dekabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunda minik avtomobili ilə yük maşınının toqquşması bir nəfərin ölümü, digərinin isə ağır yaralanmasına səbəb olub. "Report"un məlumatına görə, Hövsan qəsəbəsi istiqamətində yüksək sürətlə hərəkətdə olan "Opel" markalı avtomobil yük maşınına arxadan çırpılıb. Nəticədə minik maşınında olan sərnişin hadisə yerində dünyasını dəyişib. Avtomobili idarə edən 59 yaşlı Tofiq Əliyev xəstəxanaya çatdırılıb. Qəzaya yüksək sürətin səbəb olduğu bildirilir. Faktla əlaqədar Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanıb. Qəza zamanı dünyasını dəyişən şəxsin kimliyi araşdırılır.

Digər bir qəza Sabunçu rayonunda baş verib. Pirşağı qəsəbəsində baş verən bu hadisə zamanı da minik avtomobili ilə yük maşını toqquşub. 25 yaşlı Elnur Kərimov idarə etdiyi "Şevrolet" markalı avtomobil  "Zil" markalı yük maşınına çırpıb. Zərbənin təsirindən "Şevrolet"in sürücüsü Elnur Kərimov ağır bədən xəsarətləri alıb. O, "Təcili tibbi yardım" avtomobili ilə 3 Saylı Şəhər Xəstəxanasına gətirilib. Xəstəxanaya çatdırılan yaralı əməliyyat otağına aparılarkən dünyasını dəyişib. Faktla bağlı avtotexniki ekspertiza təyin edilib, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi