Bakıdakı ağır yol qəzasının görüntüləri yayılıb - VİDEO

Bakıdakı ağır yol qəzasının görüntüləri yayılıb - VİDEO Avtomobildə iki qadın və bir kişi olub
Hadisə
13 Aprel , 2015 17:30
Bakıdakı ağır yol qəzasının görüntüləri yayılıb - VİDEO

Bakı. 13 aprel. REPORT.AZ/ Bakı şəhərinin Qaradağ rayonunda yol-nəqliyyat qəzası baş verib. FHN-dən "Report"a verilən məlumata görə, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerinə baxış zamanı məlum olub ki, 1985-ci il təvəllüdlü Fərid Əliağa oğlu İbadovun idarə etdiyi "Hyundai" markalı 90 XE 551 dövlət nömrə nişanlı minik avtomobili yolun kənarındakı yolayrıcı metal çəpərlərə çırpılıb. Xilasedicilər "Hyundai" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalan sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Hadisə şahidlərinin bildirdiklərinə əsasən, avtomobildə yüngül xəsarət alan iki qadın sərnişin vətəndaşlar tərəfindən çıxarılaraq hadisə yerinə çağırılan Təcili Tibbi Yardım stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

Son xəbərlər

Orphus sistemi