Bakıda yüksək sürətlə hərəkət edən sərnişin avtobusu qəza törədib - FOTO

Bakıda yüksək sürətlə hərəkət edən sərnişin avtobusu qəza törədib - FOTO “Təhlükəsiz şəhər”in kamerasına ciddi ziyan dəyib
Hadisə
16 Sentyabr , 2016 13:55
Bakıda yüksək sürətlə hərəkət edən sərnişin avtobusu qəza törədib - FOTO

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bakıda sərnişin avtobusu qəza törədib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonu, Hidayətzadə küçəsində qeydə alınıb.

Qəza zamanı 26 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu “Nissan” markalı minik avtomobili ilə toqquşlub. Belə ki, yüksək sürətlə hərəkət edən avtobus əvvəlcə avtomobilə, sonra isə piyada nişanına və “Təhlükəsiz Şəhər” Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kamerasının yerləşdiyi dirəyə çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb. Lakin hər iki nəqliyyat vasitəsinə, habelə piyada nişanına və “Təhlükəsiz şəhər”in kamerasına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi