Bakı. 24 may. REPORT.AZ/ Bu gün gecə saatlarında Bakının Binəqədi rayonu ərazisində vətəndaşa məxsus “MAN” markalı yük avtomobilinin kabinə hissəsi yanıb.
“Report” xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın zamanı avtomobilin sahibi qol nahiyəsindən yanıq xəsarəti alıb. Yanğın saat 00:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.