Bakıda yük avtomobili aşıb, sürücü xəsarət alıb

Bakıda yük avtomobili aşıb, sürücü xəsarət alıb Hadisə Binəqədi rayonunda qeydə alınıb
Hadisə
15 Dekabr , 2015 01:58
Bakıda yük avtomobili aşıb, sürücü xəsarət alıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda "Shacman" markalı yük avtomobili qəzaya uğrayıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Yanğınsöndürənlər və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:25-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi