​Bakıda yük avtomobili yerin çökməsi nəticəsində yarıya qədər torpağa batıb

​Bakıda yük avtomobili yerin çökməsi nəticəsində yarıya qədər torpağa batıb Çökmənin hansı səbəblərdən baş verməsi araşdırmalardan sonra məlum olacaq
Hadisə
6 Noyabr , 2014 09:17

Bakı. 6 noyabr. REPORT.AZ/ Bu gün saat 08:20 radələrində Bakının Xətai rayonunda “Kamaz” markalı yük avtomobili yerin çökməsi nəticəsində yarıya qədər torpağa batıb. “Report”un xəbərinə görə, Gəncə prospekti-103 ünvanında yerləşən binanın arxasında baş verən hadisə zamanı yük avtomobili mişar daşı ilə dolu olub.

Sürücü xəsarət almayıb.

Çökmənin hansı səbəblərdən baş verməsi araşdırmalardan sonra məlum olacaq.

Son xəbərlər

Orphus sistemi