Bakıda yük avtomobili səki ilə hərəkət edən piyadanı vurub

Bakıda yük avtomobili səki ilə hərəkət edən piyadanı vurub Hadisə Sabunçu rayonunda baş verib
Hadisə
25 Oktyabr , 2016 10:41
Bakıda yük avtomobili səki ilə hərəkət edən piyadanı vurub

Bakı. 25 oktyabr.REPORT.AZ/ Bakıda səki ilə hərəkət edən gənci yük maşını vurub.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib.

Piyada səkisi ilə hərəkət edən 1993-cü il təvəllüdlü Qarayev Sənan Süleyman oğlunu "KamAZ" markalı yük avtomobili vurub. Qəza zamanı yük avtomobili yol kənarı ilə hərəkət edib. Piyadanı görməyən sürücü idarə etdiyi yük avtomobilinin sağ tərəfi ilə ona çırpılıb. S.Qarayev aldığı bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi