Bakıda yük avtomobili aşaraq yanıb, bir nəfər xəsarət alıb

Bakıda yük avtomobili aşaraq yanıb, bir nəfər xəsarət alıb Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub
Hadisə
28 Oktyabr , 2015 09:03
Bakıda yük avtomobili aşaraq yanıb, bir nəfər xəsarət alıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bakının Səbail rayonunda yanğınla nəticələnən yol qəza hadisəsi baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, "Qazel" markalı yük avtomobili idarəetməni itirərək yolun kənarına aşıb.

Hadisə nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Qəza zamanı avtomobildə olan sərnişin müxtəlif bədən xəsarətləri alaraq təcili tibbi yardım xidmətinə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi