​Bakıda yolu keçən bacı-qardaşı maşın vurub - FOTO

​Bakıda yolu keçən bacı-qardaşı maşın vurub - FOTO Yaralılar ağır vəziyyətdə xəstəxnaya aparılıb
Hadisə
1 Aprel , 2015 04:40
​Bakıda yolu keçən bacı-qardaşı maşın vurub - FOTO

Bakı. 1 aprel. REPORT.AZ/ Bakının Nərimanov rayonunda iki piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, qəza rayonun Fətəli xan Xoyski prospektində qeydə alınıb.

Adıçəkilən prospektlə yüksək sürətlə hərəkət edən "Hyundai" markalı minik avtomobilinin sürücüsü yolu keçmək istəyən bacı və qardaşı - 17 yaşlı Fariz Əhmədov və 22 yaşlı Aysel Əhmədovanı vurub. Qəza bununla bitməyib və avtomobil əks istiqamətdə gələn "KİA" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Yaralı bacı-qardaş ağır vəziyyətdə xəstəxnaya aparılıb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi