Abşeronda yol qəzası oldu, xəsarət alan var

Abşeronda yol qəzası oldu, xəsarət alan var Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
18 İyul , 2021 07:12
Abşeronda yol qəzası oldu, xəsarət alan var

Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, qəza Ceyranbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində sürücü 1967-ci il təvəllüdlü Balamirzəyev Faiq Baləmi oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona 3, 4, 5 qabırğalarının sınığı diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi