​Bakıda yol qəzası baş verib, xəsarət alan var - FOTO

​Bakıda yol qəzası baş verib, xəsarət alan var - FOTO Qəzaya səbəb “Opel”in dönmə hərəkəti zamanı qaydanı pozması olub
Hadisə
6 Oktyabr , 2015 09:56
​Bakıda yol qəzası baş verib, xəsarət alan var - FOTO

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, Azadlıq prospekti ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində “Honda” və “Opel” markalı avtomobillər toqquşub. 

Toqquşma nəticəsində “Opel” markalı avtomobil səkiyə çıxıb, onun sürücüsü isə xəsarət alıb.

Şahidlərin dediyinə görə, qəzaya səbəb “Opel” markalı avtomobilin dönmə hərəkəti zamanı qaydanı pozması olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi