Bakıda yol polisinin evakuatoru qanunsuzluğa yol verib - VİDEO

Bakıda yol polisinin evakuatoru qanunsuzluğa yol verib - VİDEO "Evakuasiyaya cavabdeh olan DYP əməkdaşları mənə qulaq asmaq belə istəməyiblər"
Hadisə
17 Aprel , 2015 17:34
Bakıda yol polisinin evakuatoru qanunsuzluğa yol verib - VİDEO

Bakı. 17 aprel. REPORT.AZ/ Bakıda yol polisinin evakuatoru qanunsuzluğa yol verib.

Xanlar Cahangirbəyov adlı vətəndaş "Report"a müraciət edərək bildirib ki, bu gün şəhərin mərkəzində, Əziz Əliyev küçəsində park etdiyi avtomobilini DYP evakuatoru aparmaq istəyib: "Bunu görən kimi dərhal avtomobilim olan yerə yaxınlaşdım. Cəriməni yerində ödəməyə hazır olduğumu desəm də, DYP əməkdaşları buna məhəl qoymayaraq avtomobili cərimə meydançasına apardılar. Evakuasiyaya cavabdeh olan DYP əməkdaşları mənə qulaq asmaq belə istəməyiblər". O qeyd edib ki, evakuator özü hərəkət qadağandır nişanının tələbini pozub və tıxac yaradıb.

Məsələ ilə bağlı ekspert Sima Yaqubova "Report"a bildirib ki, evakuator avtomobili götürüb aparana qədər nəqliyyat vasitəsinin sahibi gəlirsə, evakuatorla aparılmasına ehtiyac yoxdur. Onun sözlərinə görə, həmin an yerində cəriməni ödəmək olar: "Bu, sadəcə inzibati xətadır, yəni parketmə qaydalarının pozulması".

Xanlar Cahangirbəyov hadisənin video görüntüsünü "Report"a təqdim edib.

Son xəbərlər

Orphus sistemi