Bakıda yol polisi sürücülərə qarşı reyd keçirib - VİDEO

Bakıda yol polisi sürücülərə qarşı reyd keçirib - VİDEO BŞDYPİ: Sürcülərin parkomatdan ödəniş edib qəbz almaları da onları məsuliyyətdən azad etmir
Hadisə
4 Fevral , 2015 19:48
Bakıda yol polisi sürücülərə qarşı reyd keçirib - VİDEO

Bakı. 4 fevral. REPORT.AZ/ Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları paytaxtda dayanma, durma və ya parklanma qaydalarını pozan sürücülərə qarşı reyd keçirib.

BŞDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov "Report"un reydi izləyən əməkdaşına deyib ki, sürücülərin parkomatdan ödəniş edib qəbz almaları da onları məsuliyyətdən azad etmir: "Bəzi sürücülər elə bilirlər ki, ödəniş etdikdən sonra istənilən yerdə nəqliyyat vasitəsini saxlamaq olar".

Dayanma, durma və ya parklanma qaydalarını pozduğuna görə DYP əməkdaşları tərəfindən sürücülərə gün ərzində orta hesabla 300-dən artıq protokol tərtib edilir.

Bölmə rəisi qeyd edib ki, Bakıda şəhərin xüsusən mərkəzi küçələri ilə hərəkət edərkən dayanma, durma, parklanma qaydaları pozulduğu üçün süni sıxlıq və tıxaclar yaranır: "Parkomatların təsir zonasında avtomobillər düzgün park edilməlidir. Buna görə də biz müxtəlif tədbirlər həyata keçiririk. Bu gün paytaxtın inzibati ərazisinə düşən küçə və yollar üzrə xüsusi ilə mərkəzi yollar üzrə quraşdırılan dayanmanı, durmanı qadağan edən nişanların təsir zonasında avtonəqliyyatlarını park edən sürücülərə tərtib etdirilən protokollar müsbət nəticələrin əldə edilməsinə imkan yaradır. Paytaxt ərazisində yeraltı avtodayanacaqlardan və parkomatların təsir zonasından sürücülər tam istifadə edir. Lakin bəzi sürücülər hələdə yolun hərəkət hissəsində və ikinci cərgədə avtomobillərini saxlayırlar və bu da süni sıxlığın yaranmasına gətirib çıxarır".

V.Əsədov bildirib ki, bununla əlaqədar BŞDYPİ-nin əməkdaşlarından ibarət xüsusi qrup yaradılıb: “Yol polisi əməkdaşları paytaxtın küçə və prospektlərində yol nişanlarının təsir zonasında dayanma, durma və ya parklanma tələblərinin pozulmasının qarşısının alınması məqsədilə gün ərzində nəzarəti gücləndirmiş formada xidmət aparırlar. Artıq siyahı hazırdır. Konkret olaraq hər kəs müəyyən küçə və prospektlərə təhkim edilib və dislokasiya üzrə xidmət aparılır. Bir daha xatırladırıq ki, qanunun tələblərinin yerinə yetirilməsi bütün hərəkət iştirakçılarının ləngimədən, vaxt itirmədən, fasiləsiz, rahat, təhlükəsiz mənzil başına çatmasını təmin etməyə gətirib çıxarır. Görülən bu tədbirlər də paytaxt sakinlərinin məhz yollarda rahatlığı naminə edilir”.

Qeyd edək ki, reyd zamanı Bakı şəhərinin inzibati ərazisinə daxil olan küçə və prospektləırində dayanma, durma, parklanma tələblərini pozduqlarına görə 100-dən çox sürücüyə protokol tərtib edilib.

Son xəbərlər

Orphus sistemi