Bakıda yataq xəstəsi olan şəxs faciəli şəkildə ölüb

Bakıda yataq xəstəsi olan şəxs faciəli şəkildə ölüb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
12 Sentyabr , 2016 13:48
Bakıda yataq xəstəsi olan şəxs faciəli şəkildə ölüb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakıda yataq xəstəsi olan şəxs faciəli şəkildə ölüb.

“Report” Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, sentyabrın 11-də saat 14 radələrində Nəsimi rayonu ərazisində yaşayan Əli Qafarovun evində yanğın olub. Nəticədə iflic xəstəsi olan Ə.Qafarovun yatdığı çarpayı yanıb. Yanğın söndürüldükdən sonra onun üzərində yanıq xəsarətləri olan meyiti tapılıb. Yanğının Ə.Qafarovun çəkdiyi siqaretin çarpayısına düşməsi nəticəsində baş verməsi ehtimal olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi