​Bakıda yaşayış evinin çardağında iflic olan şəxs xilas edilib

​Bakıda yaşayış evinin çardağında iflic olan şəxs xilas edilib Vətəndaş aidiyyəti üzrə təhvil verilib
Hadisə
23 May , 2016 02:50
​Bakıda yaşayış evinin çardağında iflic olan şəxs xilas edilib

Bakı. 23 may. REPORT.AZ/ Paytaxtın Nəsimi rayonunda yaşayış evinin çardağında iflic olan şəxs xilas edilib.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda yaşayış evin çardağında iflic olan 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşı çardaqdan düşürərək aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 00:34-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi