Bakıda yaşayış evində partlayış olub, 4 nəfər xəsarət alıb

Bakıda yaşayış evində partlayış olub, 4 nəfər xəsarət alıb Hadisə ilə bağlı araşdırma aparılır
Hadisə
8 Dekabr , 2014 16:08
Bakıda yaşayış evində partlayış olub, 4 nəfər xəsarət alıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Bakıda yaşayış evində partlayış olub. Report"un Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 7-də saat 18 radələrində Suraxanı rayonunun Zığ qəsəbəsində yaşayan Seyran Cahangirova məxsus evin zirzəmisində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib. Nəticədə evə ziyan dəyib, yanıq xəsarətləri alan  S.Cahangirov və qohumları Cavid Cahangirov, Cabir Cahangirov və Zamid Hüseynov xəstəxanaya yerləşdiriliblər. 

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi