Bakıda yaşayış binasında yanğın təhlükəsi baş verib, onlarla sakin təxliyyə olunub - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda yaşayış binasında yanğın təhlükəsi baş verib, onlarla sakin təxliyyə olunub - FOTO - VİDEO - YENİLƏNİB Binanın 50-dən çox sakini təxliyyə edilib
Hadisə
19 Mart , 2018 10:05
Bakıda yaşayış binasında yanğın təhlükəsi baş verib, onlarla sakin təxliyyə olunub - FOTO - VİDEO - YENİLƏNİB
Foto: "Report"

Video əlavə olunub


*** 21:58

Bakı. 18 mart. REPORT.AZ/ Bakıda yaşayış binasında yanğın təhlükəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 267 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən yaşayış binasında tüstülənmə baş verib. Bu səbəbdən binaya elektrik enerjisinin verilməsi dayandırılıb. Binanın iki blokunun 50-dən çox sakini təxliyyə edilib.

Əraziyə 4 yanğınsöndürən maşın cəlb edilib. "Bakıelektrikşəbəkə" ASC-nin əməkdaşları elektrik naqillərindəki çatışmazlıqları aradan qaldırıblar və yanğın təhlükəsinin qarşısı alınıb. Hazırda ASC-nin əməkdaşları binaya elektrik enerjisinin verilməsini təmin edirlər.

Sakinlər binada baş verən tüstülənməni birinci mərtəbədə fəaliyyət göstərən kafe ilə əlaqələndirsələr də, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisəyə elektrik qısaqapanmasının səbəb olduğunu bildiriblər.

Son xəbərlər

Orphus sistemi