Bakı. 13 fevral. REPORT.AZ/ Paytaxt Bakıdakı yaşayış binalarından birində yanğın baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Nizami 91 ünvanında qeydə alınıb.
Hadisə yerinə iki yanğınsöndürən maşın cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.