​Bakıda yanğın zamanı iki nəfər ölüb

​Bakıda yanğın zamanı iki nəfər ölüb Hadisə Suraxanı rayonu ərazisində baş verib
Hadisə
8 Yanvar , 2016 08:41
​Bakıda yanğın zamanı iki nəfər ölüb

Bakı. 8 yanvar. REPORT.AZ/ Gecə saatlarında Bakının Suraxanı rayonu ərazisində çoxmənzilli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin 1 otağında divan 2 kv.m sahədə və yerə döşənmiş xalça yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı ev sahibi 1951-ci il təvəlüdlü Abbasov Mikayıl və onun həyat yoldaşı 1951-ci il təvəlüdlü Abbasova Zoyanın yanmış meyitləri aşkar olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 03:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi