Bakıda yanğın olub, xəsarət alan var

Bakıda yanğın olub, xəsarət alan var Yanğın saat 06:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
11 Aprel , 2016 07:53
Bakıda yanğın olub, xəsarət alan var

Bakı. 11 aprel. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan birmərtəbəli iki otaqlı evin mətbəxinin yanar konstruksiyaları 15 kv.m sahədə yanıb.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın saat 06:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi