Bakıda yanğın olub, 30 sot ərazi külə dönüb

Bakıda yanğın olub, 30 sot ərazi külə dönüb Dövlət Yanğından Mühafizə Xidmətinin 4 yanğınsöndürən maşını hadisə yerinə cəlb olunub
Hadisə
20 İyun , 2016 16:09
Bakıda yanğın olub, 30 sot ərazi külə dönüb

Bakı. 20 iyun. REPORT.AZ/ Bakıda 30 sot sahədə yanğın olub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oktay Bayramov məlumat verib.

Onun sözlərinə görə, hadisə Keşlə qəsəbəsində qeydə alınıb: “Hazırda yanğın söndürülür. Keşlə qəsəbəsində istifadəyə yararsız ərazidə təkərlər, məişət tullantıları, quru ot yanıb. Yanğın 30 sot sahəni əhatə edib. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin 4 yanğınsöndürən maşını hadisə yerinə cəlb olunub və indi yanğın söndürülmək üzrədir. Ora zibilxana kimi bir yer olub. Yanğının səbəbi araşdırılacaq”.

Son xəbərlər

Orphus sistemi