Bakıda yanğın hadisəsi baş verib, bir nəfər ölüb

Bakıda yanğın hadisəsi baş verib, bir nəfər ölüb Yanğınsöndürənlər Kuznetsova Anastasiya İvanovnanın yanmış meyiti aşkar ediblər
Hadisə
12 Sentyabr , 2015 00:06
Bakıda yanğın hadisəsi baş verib, bir nəfər ölüb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakının Nərimanov rayonunda ümumi sahəsi 510 kv.m olan birmərtəbəli ümumyaşayış evinin 4 mənzilində ümumilikdə 100 kv.m sahədə yanğın hadisəsi baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yanğınnın kəşfiyyatı zamanı mənzillərin birində yanğınsöndürənlər tərəfindən Kuznetsova Anastasiya İvanovnanın yanmış meyiti aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi