Bakı. 19 may. REPORT.AZ/ Bakıda hündürmərtəbəli binanın yandığı əraziyə baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, baş prokurorun birinci müavini Rüstəm Usubov gəlib.
İlk xəbər 12:01-də dərc olunub
Bakıda hündürmərtəbəli binanın yandığı əraziyə Azərbaycan daxili işlər nazirinin müavini Oruc Zalov, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gəlib. “Report”un əməkdaşı xəbər verir ki, yanğınsöndürənlər yanğının söndürülməsi istiqamətində işi davam etdirir.
Qeyd edək ki, Azadlıq prospekti-200 ünvanındakı binada yanğın başlayıb.