Bakı. 18 iyun. REPORT.AZ/ Bakıda yağdəyişmə məntəqəsindən oğurluq edilib.
“Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Suraxanı rayonu ərazisindəki yağdəyişmə məntəqələrindən birinin dam örtüyü sökülməklə 1500 manat dəyərində mühərrik yağları oğurlanıb.
Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunan Fərid Xudaverdiyev və Elnur Seyidov tutulub.