​Bakıda velosipedlər oğurlayan şəxs tutulub

​Bakıda velosipedlər oğurlayan şəxs tutulub Bu barədə Daxili İşlər Nazirliyinin saytı məlumat yayıb
Hadisə
30 İyul , 2016 12:13
​Bakıda velosipedlər oğurlayan şəxs tutulub

Bakı. 30 iyul. REPORT.AZ/ Bakıda narkotik vasitə ilə tutulmuş şəxsin digər cinayət əməlləri də müəyyən edilib.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin saytı məlumat yayıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi (RPİ) 5-ci və 7-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən iyulun 27-də narkotik vasitə ilə tutulmuş Yaşar Kamandarinin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 9 paytaxt sakininə məxsus velosipedləri oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi