​Bakıda və Qubada yanğın olub

​Bakıda və Qubada yanğın olub Hər iki evin qalan hissəsi yanğından mühafizə edilib
Hadisə
27 Mart , 2015 10:14
​Bakıda və Qubada yanğın olub

Bakı. 27 mart. REPORT.AZ/ Quba rayonunun Xucbala kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m sahədə, ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m sahədə və mansardın yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. 

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan əlavə, Bakının Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının, mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 30 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Son xəbərlər

Orphus sistemi