Bakıda və Qubada yanğın baş verib

Bakıda və Qubada yanğın baş verib Yanğın hər iki halda yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
4 Aprel , 2015 21:16
Bakıda və Qubada yanğın baş verib

Bakı. 4 aprel. REPORT.AZ/ Bakıda və Qubada yanğın hadisəsi baş verib.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin içərisində istifadəsiz mebel və taxtalar 20 kv.m sahədə yanıb. Yanğından tikilinin qalan hissəsi mühafizə olunub.

Quba rayonunun Susayqışlaq kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Yanğından evin qalan hissəsi mühafizə olunub.

Yanğın hər iki halda yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi