​Bakıda və Lənkəranda yaşayış evləri yanıb

​Bakıda və Lənkəranda yaşayış evləri yanıb Ümumilikdə 4 mənzilə ziyan dəyib
Hadisə
3 Aprel , 2015 08:13
​Bakıda və Lənkəranda yaşayış evləri yanıb

Bakı. 3 aprel. REPORT.AZ/ Bu gün gecə saatlarında Lənkəran şəhərində və Bakının bir neçə rayonunda yanğın hadisələri baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Lənkəran şəhərində vətəndaşa məxsus ikimərtəbəli 8 otaqdan ibarət yaşayış evinin birinci mərtəbəsində mətbəxin tavanı yanıb.

Paytaxtın Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub. Digər hadisə Sabunçuda baş verib. Vətəndaşlara məxsus ümumi sahəsi 336 kv.m olan 3 evin yanar konstruksiyaları 92 kv.m sahədə yanıb.

Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi